"Liverpul"un müdafiəçisi Vircil van Deyk ilə "Mançester Yunayted"in əfsanəvi futbolçusu Rio Ferdinand "BT Sport" kanalının qonağı olublar.
Fanat.Az xəbər verir ki, veteran futbolçu Van Deykə "Xəyalındakı komandaya kimləri cəlb etmək istərdin?" sualını ünvanlayıb.
30 yaşlı futbolçu qapıçı kimi komanda yoldaşı Alison Bekeri seçib, özünü isə yeganə müdafiəçi kimi qeyd edib. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyneni meydanın mərkəzinə yerləşdirib. Fransız hücumçular - PSJ-dən Kilian Mbappe və Madrid "Real"ından Kərim Benzema isə hücumda yer alıb.
Xatırladaq ki, sabah mayın 28-i "Liverpul" Çempionlar Liqasının finalında "Real Madrid"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Emin