Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport ES" saytı: "Mançester Yunayted" Frenki de Yonqdan gələcəyi ilə bağlı qərar verməkdə tələsməyi xahiş edib. Niderlandlı futbolçu “qırmızı şeytanlar”ın ən çox diqqət mərkəzində olan oyunçularından biridir.
"The Telegraph" nəşri: "Vest Hem" və "Everton" "Börnli"nin hücumçusu Maksvell Kornetiyə elçi düşüb. 25 yaşlı futbolçunun transfer qiyməti 17,5 milyon funt sterlinq təşkil edir.
PSJ-nin baş məşqçisi Maurisio Poçettino: "Heç nə dəyişməyib və mən 100% klubda qalacağam. Diqqətimi PSJ-yə yönəltmişəm. 2023-cü ilin iyununa qədər müqaviləm var və burada işləməyə davam etmək istəyirəm”.
"Marca" nəşri: "Real Madrid"in müdafiəçisi Marselo klubun onunla müqaviləni yeniləmək istəməməsindən narazıdır. Braziliyalı futbolçu komanda yoldaşı Lukas Vaskesdən də narazılıq edib".
"Le Parisien" nəşri: PSJ Usman Dembeleni heyətinə qatmaq fikrindən daşınıb. Klubun gələcək direktoru Kampuş futbolçunun işə münasibətindən və aldığı zədələrdən narazıdır.
"Kicker" saytı: Sandro Şvarts "Herta" ilə müqavilə İmzalayıb. O, gələn həftə Berlin klubunun yeni baş məşqçisi kimi təqdim olunacaq".
"La Gazetta Dello Sport" nəşri: "Real Madrid" rəhbərliyi "Milan"ın hücumçusu Rafael Leau üçün 150 milyon avro ödəməyə hazırdır.
Tomas Müller Sadio Manenin "Bayern Münhen"ə keçə biləcəyi xəbərinə münasibət bildirib: “Əgər adı kluba keçiddə hallanan hər oyunçu bizə qoşulsaydı, hər il 45 nəfərdən ibarət heyətə sahib olardıq".
"Anverpen" klubunun rəsmi saytı: "Mark van Bommel "Antverpen" klubunun yeni baş məşqçisi təyin olunub".
"Vilyarreal" klubunun rəsmi saytı: Alfonso Pedraza "Vilyarreal" ilə müqaviləsinin müddətini 2025/26-cı illər mövsümünün sonuna qədər uzadıb. O, klubda 135 oyun keçirib, 10 qol vurub və 16 məhsuldar ötürmə edib.
Baş tutmuş transfer xəbərləri:
Andre Zambo-Anqissa (26 yaşlı yarımmüdafiəçi)
"Fulhem"dən (İngiltərə) "Napoli" (İtaliya)
Transfer məbləği: 15 milyon avro.
Mattias Olivera (24 yaşlı müdafiəçi)
"Xetafe"dən (İspaniya) "Napoli"yə (İtaliya)
Transfer məbləği:15 milyon avro (bonuslar daxil).
Brenden Aronson (21 yaşlı amerikalı oyunçu)
"Zaltsburq"dan (Avstriya) "Lids Yunayted"ə (İngiltərə)
Transfer məbləği: 28 milyon funt sterlinq.
Dieqo Karlos (29 yaşlı müdafiəçi)
"Sevilya"dan (İspaniya) "Aston Villa"ya (İngiltərə)
Transfer məbləği: 31 milyon avro.
Emin Şəmsiyev