İngiltərənin "Çelsi" klubu "Barselona"nın yetirməsini transfer etməyə hazırlaşır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, London təmsilçisi hazırda "Brayton"da çıxış edən Mark Kukurelya ilə müdafiə xəttini gücləndirmək istəyir.
Mənbənin məlumatına görə, “mavilər” “Barselona” akademiyasının məzunu olan 23 yaşlı futbolçunun transferi üçün 53 milyon avro ödəməyə razıdır.
Daha əvvəl ispaniyalının “Mançester Siti”nin transfer siyahısında olduğu, özünün bu keçidə razılıq verdiyi bildirilirdi. Müdafiəçi ilə həmçinin, "Tottenhem" də maraqlanır.
Kukurelya 2020-ci ilin yayında Kataloniya klubunu tərk edərək "Xetafe"yə keçib, ötən il isə "Brayton"la anlaşıb.
Müdafiəçi son mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb və bir qol vurub, iki məhsuldar ötürmə edib.
Mirağa