"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında onunla birgə "Qızıl buts"u qazanan "Tottenhem"li Son Xın Minin uğuruna biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, misirli ulduz özünün "Twitter" hesabında video paylaşaraq Cənubi Koreyadan olan hücumçunu təbrik edib.
Salah Son Xın Minin ölkəsində coşquyla qarşılandığı görüntüləri paylaşaraq "Təbriklər, Son" yazıb.
Congratulations Sonny! //t.co/lF4vgcSAXb
— Mohamed Salah (@MoSalah) May 25, 2022
Qeyd edək ki, həm Məhəmməd Salah, həm də Son Xın Min Premyer Liqanın son mövsümündə hərəyə 23 qol vuraraq şərikli bombardir olublar.
Mirağa