"Çelsi"nin yarımmüdafiəçisi Denni Drinkuoter London klubu ilə vidalaşıb. Futbolçu "mavilər"dən azad agent kimi ayrılıb.
Fanat.Az xəbər verir ki, ingilis futbolçu bu barədə "Instagram" səhifəsində paylaşım edib:
“Çelsi"dəki zamanım başa çatdı... Əslində, bunu yazmaq mənim üçün çox çətindir. Zədələr, etdiyim səhvlər, forma problemləri, oyun vaxtı azlığı... Bəhanələrin siyahısı sonsuz ola bilərdi, amma baş verənləri dəyişə bilmərəm.
Son 5 ildəki müsbət anları xatırlamaq istəyirəm! Mən böyük oyunçularla oynamışam, böyük heyətlə işləmişəm, gözəl insanlarla tanış olmuşam, gözəl yerlərdə yaşamışam, dünyanı gəzmişəm və qazandıqlarım çox olub.
Etiraf edirəm, transferim hər iki tərəf üçün uğursuz oldu. "Çelsi" azarkeşləri, hadisələrin gedişatına görə sizdən üzr istəyirəm. Mavi köynəkdə ən yaxşı Drinkouteri görmənizi istərdim. Hələlik...”.
Qeyd edək ki, Drinkuoter 2017-ci ilin yayında 37,5 milyon avroya "Lester"dən "Çelsi"yə keçib. Ümumilikdə 32 yaşlı yarımmüdafiəçi "mavilər"in heyətində 23 oyun keçirib və 1 qol vurub. O, London klubu ilə birlikdə İngiltərə Kubokunu qazanıb. Drinkuoter icarə əsasında "Börnli", "Aston Villa", "Kasımpaşa" və "Ridinq" klublarında oynayıb.
Mirağa