"Milan"ın hücumçusu Rafael Leau adının "Real Madrid"lə hallanmasına münasibət bildirib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, futbolçu hazırda İtaliya klubuna məxsus olduğunu deyib:
“Mən “Milan”dayam, müqaviləmin bitməsinə iki il qalıb və özümü burada evimdəki kimi hiss edirəm. Hazırda bu kluba məxsusam. “Real Madrid”in marağı ilə bağlı məlumat məni qürurlandırır, amma buna görə təkəbbürlənmirəm".
Emin