"Real Madrid"inin xorvatiyalı futbolçusu Luka Modriç klubla müqavilə yeniləyir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Riomano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Tərəflərin iki ay əvvəl şifahi razılığa gəldiyi və tezliklə rəsmi sənədin .imzalanacağı bildirilib
Yeni sözləşmənin müddətinin 1 il olacağı və bu barədə yaxın vaxtlarda rəsmi açıqlama veriləcəyi vurğulanıb.
Modriç son mövsümdə çıxdığı 45 matçda 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat