"Barselona"nın yarımmüdafiəçisi Qavi karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə "Bayern Münhen" və "Liverpul" kimi klubların da maraqlandığı futbolçunun "Mançester Yunayted"in transfer hədəfində olduğunu açıqlayıb.
Daha öncə Kataloniya təmsilçisinin müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq 17 yaşlı Qavi ilə yeni anlaşma ilə bağlı razılığa gələ bilmədiyi bəlli olub.
Bu mövsüm "Barselona"da bütün turnirlərdə 47 matça çıxan gənc futbolçu 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Qavi İspaniya millisinin də üzvüdür. Orta xətt oyunçusu 6 dəfə yığma forması geyinməyə imkan tapıb. "Transfermarkt" portalı ispaniyalı vunderkindin transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat