"Napoli"nin futbolçusu Kalidu Kulibalinin agenti Fali Ramadani müdafiəçinin komandadan mümkün gedişi ilə bağlı söz-söhbətlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edərək agentdən sitat gətirib: "O qədər söz-söhbət var və mən aydınlaşdırmaq istəyirəm ki, bu günə kimi heç bir klubla danışıq aparmamışıq.
Hər iki tərəf üçün ən yaxşı qərar olsun deyə, "Napoli" ilə görüşü gözləyirik”.
Qeyd edək ki, seneqallı müdafiəçinin "Yuventus"a keçəcəyi deyilir.
30 yaşlı Kulibali ötən mövsüm "Napoli"nin heyətində 33 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa