Türkiyənin "Kayserispor" klubu baş məşqçi Hikmət Karamanla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi saytında açıqlama yayıb.
Müqaviləsi başa çatan 62 yaşlı mütəxəssislə yeni anlaşmaya ehtiyac duyulmayıb.
Hikmət Karaman 2021-ci ildən komandaya rəhbərlik edib. Kayseri təmsilçisi mövsümü 47 xalla 14-cü pillədə başa vurub.