“Aston Villa”nın isveçli qapıçı Robin Olsen tezliklə Birmingem klubunun tam da tamhüquqlu üzvü olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano öz "Tvitter" səhifəsində paylaşım edib.
“Roma”ya məxsus olan və qışdan icarə əsasında "Aston Villa"da çıxış edən 32 yaşlı qolkiper İngiltərə klubu ilə anlaşıb. Mənbənin məlumatına görə, Premyer Liqa təmsilçisi 3,5 milyon avroluq satınalma hüququndan yararlanacaq.
Olsen "Aston Villa"da keçirdiyi altı ay ərzində cəmi bir oyuna çıxaraq qapısında üç qol görüb.
"Transfermarkt" isveçli qolkiperin bazar dəyərini 2 milyon avro qiymətləndirir. Robin Olsen "Malmö", PAOK, "Kopenhagen", "Kalyari", "Everton" və "Şeffild Yunayted" kimi klublarda çıxış edib. O, İsveç millisində 56 oyun keçirib.
Mirağa