"Barselona"nın müdafiəçisi Jerar Pike və kolumbiyalı müğənni Şakira yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, belə bir iddia ilə "El Periodico" çıxış edib.
Mənbənin məlumatına görə, ayrılmaya səbəb futbolçunun xəyanəti olub. Pike artıq bir neçə həftədir köhnə mənzilində tək yaşayır. Qeyd olunur ki, müdafiəçi müntəzəm olaraq komanda yoldaşı Rikki Puiqlə gecə klublarına gedir.
Pike və Şakira 2011-ci ildən münasibətdədirlər, lakin onlar rəsmi nikahda deyildilər. Cütlüyün iki övladı var.
2021/2022 mövsümündə ispan müdafiəçi "Barselona"nın heyətində bütün yarışlarda 39 matçda iştirak edib və bu oyunlarda rəqib qapısına üç dəfə zərbə endirib. 2009-2018-ci illərdə Pike İspaniya millisinə çağırılıb və bu komandada 103 oyun keçirib.
Mirağa