Moskva "Spartak"ının yarımmüdafiəçisi Viktor Mozeslə Türkiyənin "Qalatasaray" klubu maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Süleyman Rodop şəxsi "Facebook" səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Mozesin heyətə qatılmasında şəxsən “Qalatasaray”ın idman departamentinin rəhbəri Adnan Öztürk maraqlıdır.
Xatırladaq ki, nigeriyalı futbolçu 2019-cu ildə “Fənərbağça”da çıxış edib. "Sarı bülbüllər"in heyətində 23 oyun keçirən 31 yaşlı yarımmüdafiəçi 5 qolla yadda qalıb.
Emin