"Real Madrid" gözlənilən transferi həyata keçirib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi rəsmi saytı vasitəsi ilə "Çelsi"dən ayrılan Antonio Rüdigeri heyətinə qatdığını açıqlayıb.
29 yaşlı müdafiəçi 4 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Rüdiger son mövsümdə İngiltərə Premyer Liqasında 31 matça çıxıb. Almaniya millisinin üzvü bu qarşılaşmalarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat