Braziliya millisi yoldaşılıq oyunu çərçivəsində Cənubi Koreya millisini qəbul edib.
Fanat.Az xəbər verir ki, matç asiyalıların böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 1:5.
Görüşə Neymar dubla imza atıb, digər qolları isə Rişarlison, Koutinyo, Qabriel Jezus vurub. Cənubi Koreyanın yeganə qolunun müəllifi isə Hvanq Vi Ço olub.