“Latsio” klubu baş məşqçisi Mauritsio Sarri ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az Roma təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilənin müddətini uzadılıb.
63 yaşlı mütəxəssis 2025-ci ilədək "Latsio"nun uğurları üçün çalışacaq. "Corriere dello Sport"un məlumatına görə, Sarri ildə 3,5 milyon avro maaş alacaq.
Mauritsio Sarri “Latsio”ya 2021-ci ilin iyunundan rəhbərlik edir. Komanda onun rəhbərliyi altında A Seriyasında geridə qalan mövsümü 64 xalla 5-ci pillədə başa vurub. Komanda qarşıdakı mövsümdə Avropa Liqasında mübarizə aparacaq.