Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Qabriel Sloninin agenti Xayme Qarsiya : "Yalnız "Çikaqo" yox, ümumlikdə ABŞ liqası şərəf duymalıdır ki, "Real Madrid" onların oyunçularından birini heyətinə qatmaq istəyir. Ümid edirik ki, "Çikaqo" "Real Madrid"lə danışıqlar aparacaq. Gizlətməli bir şey yoxdur. Biz hamımız Qabrieli "Real"da görmək arzusundayıq. Elə özü də bunun reallaşmasının tərəfdarıdır".
"Latsio"nun rəsmi saytı: "Mauritsio Sarri "Latsio" ilə müqaviləsininin müddətini 2024/25 mövsümünün sonuna qədər uzadıb".
Canluka Di Martsio, insayder: "Roma" rəhbərliyi Henrix Mxitaryana son qərarını açıqlaması ilə bağlı xəbərdarlıq edib. Futbolçu vaxtı uzatmamalı, bu gün rəhbərliyə dəqiq cavab verməlidir".
Canluka Di Martsio, insayder: "Cennaro Qattuzo "Valensiya" ilə 2 illik müqavilə imzalayıb. Mütəxəssis hər mövsüm üçün 3 milyon avro maaş alacaq və müxtəlif bonuslar şəklində əlavə gəlir əldə edəcək".
"Salernitana" klubunun rəsmi saytı: "Valter Sabatini "Salernitana"nın baş məşqçi postunu tərk edib".
"Dutch sport" saytı: "Dirk Köyt "ADO Den Haaq"ın yeni baş məşqçisidir. Müqavilənin müddəti 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Baş tutmuş transfer xəbərləri:
Adam Qlojek (19 yaşlı hücumçu)
"Sparta"dan (Çexiya) "Bayer 04" (Almaniya) klubuna keçib.
Transfer məbləği 13 milyon avro (+ 9 milyon avro bonus) olan futbolçunun müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonunda başa çatacaq.
Emin Şəmsiyev