"Bayern Münhen" bu yay komandadan ayrılmaq istəyən Robert Levandovskiyə əvəzləyici axtarışlarını davam etdirir.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi "Napoli"nin hücumçusu Viktor Osimhenə elçi düşüb.
Mənbə Almaniya nəhənginin artıq Neapol klubuna təklif göndərdiyini vurğulayıb. Xəbərə görə, "Napoli" rəhbərliyi 23 yaşlı nigeriyalını 100-110 milyon avroya sata bilər.
Osimhenin "napoli" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdir. Son mövsümdə "Napoli" forması ilə bütün turnirlərdə 32 matça çıxan hücumçu 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı afrikalı forvardın transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat