"Barselona"nın 23 yaşlı yarımmüdafiəçisi Ferran Xutqla karyerasını Belçikanın "Brügge" klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
O, "Brügge"nin Kataloniya klubuna 6 milyon avro ödəyəcəyini və müqavilə zamanı müxtəlif bonusların nəzərə alınacağını vurğulayıb. Mənbə tərəflərin artıq razılığa gəldiyini və futbolçunun tibbi müayinədən uğurla keçdiyini bildirib. Romano transferin ictimaiyyətə gələn həftə açıqlanacağı da qeyd edib.
Qeyd edək ki, Xutqla "Espanyol"un yetirməsidir. O, "Barselona"ya 2021-ci ildə, azad agent qismində qoşulub. Son mövsümdə bütün turnirlərdə 8 matça çıxan Ferran "Barsa" formasıyla 2 qol vurmağa da imkan tapıb.
Nihat