İyunun 5-də Argentina və Estoniya milliləri yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, İspaniyanın Pamplona şəhərindəki "El-Sadar" stadionunda baş tutan qarşılaşma cənubi amerikalıların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundakı bütün qolları Argentinanın superulduzu Lionel Messi vurub.
Yoldaşlıq görüşü
Argentina - Estoniya 5:0
Qollar: Messi, 8-pen. ; 45; 47; 71:76.