Serbiyalı hücumçu Luka Yoviç "Real Madrid"i başqa La Liqa klubuna dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.
Mənbənin məlumatına görə, hücumçu karyerasını “Xetafe”də davam etdirməyə yaxındır. "Real" və "Xetafe" artıq serb oyunçunun icarə müqaviləsi ilə bağlı danışıqlar aparır.
Yoviç son İspaniya çempionatında 15 matçda forma geyinib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
O, 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında sabiq komandasında - Frankfurt “Ayntraxt"ında top qovub.
Mirağa