"Mançester Yunayted"in əsas tranfer hədəfi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə "qırmızı şeytanlar"ın rəhbərliyinin "Yuventus"un 22 yaşlı müdafiəçisi Matteys de Liqti heyətə qatmaq üçün hərəkətə keçdiyini açıqlayıb. Turin təmsilçisinin niderlandlı futbolçunu satmağı planlaşdırmadığı, lakin bu baş verəcəyi halda, MY bosslarının İtalia klubuna 125 milyon avro ödəməli olacağı vurğulanıb.
Qeyd edək ki, 2019-cu ildə "Ayaks"dan "Yuventus"a transfer olunan de Liqt Amsterdam təmsilçisində "Mançester Yunayted"in indiki baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında çıxış edib.
Nihat