PSJ "Lans"ın yarımmüdafiəçisi Seko Fofana ilə maraqlanır.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris klubu "Monako"nun yarımmüdafiəçisi Orelyen Tçuameni ilə danışıqlar uğursuz olacağı halda, Fofana variantına baxacaq.
Xəbərə görə, "Lans"ın futbolçusunun transferi ehtiyat variant kimi nəzərdə tutulub və Tçuameni "Real Madrid"ə keçməyə hazırlaşdığı üçün Fofananın parislilərə qoşulmaq şansı artıb.
Klubunun Fofananı 20 milyon avroya satmağa hazır olduğu bildirilir.
27 yaşlı yarımmüdafiəçi son mövsümdə "Lans"ın heyətində Fransa çempionatında 38 matçda 8 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa