Milan "İnter"i son mövsümdə İtaliya A Seriyasının ən yaxşı müdafiəçisi seçilən Bremeri heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
"İnter"in Bremerin klubu "Torino" ilə transfer məbləğini müzakirə etdiyi və hazırda tərəflərin ortaq məxrəcə gəlmək üzrə olduğu vurğulanıb. Futbolçunun özünün artıq Milan təmsilçisi ilə yeni müqavilənin şərtlərini razılaşdırdığı, keçid baş tutacağı halda, 5 illik anlaşmaya imza atacağı və illik 3 milyon avro əməkhaqqı alacağı bildirilib.
Bremer "Torino"ya 2018-ci ildə "Atletiko Mineyro"dan keçib. 25 yaşlı braziliyalı son mövsümdə A Seriyasında 33 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Bremerin transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.
Nihat