"Barselona" "Lids"in hücumçusu Rafinyanın mümkün transferi ilə bağlı İngiltərə klubu ilə danışıqlar aparmağa hazırlaşır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya klubunun 25 yaşlı braziliyalı futbolçunu transferinə yetəcək məbləğdə pulu olmasa da, "Lids"in güzəştə gedəcəyinə ümid edir.
Rafinya ötən mövsüm "Lids"in heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" braziliyalı hücumçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Mirağa