"Bayern Münhen"nin vingeri Serj Qnabri karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə informasiya "Sky Deutschland" saytına məxsusdur.
Mənbənin məlumatına görə futbolçu klubla gələn il başa çatacaq müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib. 26 yaşlı yarımmüdafiəçi gələn yay azad agent olaraq "Mançester Siti"yə keçmək niyyətindədir.
Emin