PSJ-nin baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisinin hədəflərindən danışıb:
Fanat.Az "Catalunya Radio"ya istinadən xəbər verir ki, o, əsas hədəflərinin Çempionlar Liqasını qazanmaq olduğunu açıqlayıb:
"PSJ-nin əsas hədəfi Çempionlar Liqasını qazanmaqdır. Bu istəyin bizi "silkələməsi" normal mənzərədir. Getdikcə daha da inkişaf etməli, hədəflərimizə doğru irəliləməliyik. Bu mövsüm "Real Madrid"i mübarizədən kənarlaşdırmağın biraddımlığındaydıq...
Ölkə çempionluğunu vaxtından əvvəl bayram etdik. Qələbə qazanmağı bacaran kollektivik və uğurlarımız az deyil. Sadəcə, klubda hövsələsizlik var. Məncə, qarşılıqlı anlayışın yolunu tapmağa çalışmalıyıq. Başqa sözlə, futbolçu, məşqçilər heyəti və klub rəhbərliyi olaraq birləşməli və bir nöqtəyə vurmalıyıq".
Nihat