"Barselona" futbolçular üçün maaş limiti tətbiq etməyi düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar hazırda futbolçuların gəlirlərinin məhdudlaşdırılması imkanlarını nəzərdən keçirir.
"Barselona"nın prezidenti Xuan Laporta hesab edir ki, komanda üzvləri ildə 10 milyon avrodan çox qazanmamalıdır. Mənbənin iddiasına görə, “Barselona”nın futbolçuları klub prezidentinin bu təklifi ilə razıdır.
Xəbərdə "Bayern Münhen"in polşalı hücumçusu Robert Levandovski "Barselona"ya transfer olacağı halda, ildə 9 milyon avro qazanacağı da vurğulanıb.
Mirağa