"Udineze"nin müdafiəçisi Rodriqo Bekao İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Tutto Udinese" məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı futbolçu "Tottenhem" və "Everton"un maraq dairəsindədir.
İtaliya klubu braziliyalı oyunçuya 20 milyon avro qiymət "biçib".
Qeyd edək ki, Bekao 2019-cu ildən "Udineze"də çıxış edir. 91 oyunda meydana çıxan müdafiəçi 3 dəfə fərqlənməyə müvəffəq olub.
Röya