Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 38 yaşlı əfsanəvi futbolçu Andres İnyesta sosial şəbəkələrdə ən çox müzakirə olunan idmançılardan birinə çevrilib.
Fanat.Az xəbər verir ki, məsələ onun "Twitter" səhifəsindəki sonuncu paylaşımı ilə bağlıdır.
"Barselona"nın ikonası keçirdiyi son oyunlardan olan fotosunu paylaşıb. İkiqat Avropa çempionunun şəkildə olduqca yaşlı görünməsi futbol azarkeşlərinin diqqətindən yayınmayıb.
😃😃😃 pic.twitter.com/jEszMlOarx
— Andrés Iniesta (@andresiniesta8) June 7, 2022
Şərhlərdə "İnyesta artıq qocalıb, Xavinin köməkçisi olsun", "Qayıt "Barsa"ya orada daha cavan görünürsən", "İnyesta sənin 100 yaşın var?" kimi şərhlər daha çox diqqət çəkir.
Xatırladaq ki, Andreas İnyestanın çıxış etdiyi "Vissel Kobe" Yaponiya çempionatında 16 oyuna 11 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Emin Şəmsiyev