Qazaxıstanın “Kayrat” klubunun yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Kirill Kekerə həvalə olunub. O, "Kayrat"ın futbol akademiyasının ən uğurlu mütəxəssislərindən biridir.
Qeyd edək ki, Keker 2022-ci ilin yanvarında "Kayrat Moskva"ya baş məşqçi təyin olunmuşdu. Sözügedən komanda Rusiyanın II Divizionunda 5-ci olub.
Emin