"Liverpul" və "Bayern Münhen" Sadio Manenin transferi barədə razılığa gəlməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.
Mənbə Maneyə görə Münhen klubundan 50 milyon avro istəyən "qırmızılar"ın almanlara 5 milyon avro güzəşt etdiyini vurğulayıb. Xəbərə görə, yaxın günlərdə "Bayern"in baş direktoru Oliver Kan və idman direktoru Hasan Salihamiciç danışıqları davam etdirmək üçün İngiltərəyə yollanacaqlar.
Xatırladaq ki, "Liverpul" Sadionu 2016-cı ildə, 41,2 milyon avro qarşılığında "Sauthempton"dan transfer edib. Həmin vaxtdan komandada 269 matça çıxan seneqallı forvard 120 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.
Manenin İngiltərə klubu ilə olan müqaviləsinin müddəti gələn mövsümün sonunda başa çatacaq.
Nihat