İspaniyanın “Rayo Valyekano” klubunun idman direktoru David Kobenyo hücumçu Radamel Falkaonun komandada qalacağını açıqlayıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi bir neçə günə Falkao ilə müqavilə yeniləyəcəklərini söyləyib:
“Radamel gələn mövsüm komandamızda olacaq. Bir neçə gündən sonra onunla müqavilə yeniləndiyi barədə rəsmi açıqlama veriləcək. Falkaonun anlaşmasında müqavilənin daha bir il uzadılması ilə bağlı bənd var idi və biz bundan istifadə etdik”.
36 yaşlı kolumbiyalı futbolçu ötən il “Rayo Valyekano”ya qoşulub. Falkao son mövsüm La Liqada çıxdığı 22 oyunda 6 qolla yadda qalıb.
Nihat