"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti adını dəyişib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçu mərakeşli Sara Belle ilə evləndikdən sonra bu addımı atıb.
Şərqi Qanada xristian olaraq böyüyən Parti 2022-ci ilin əvvəlində islamı qəbul edib. Toydan sonra 28 yaşlı yarımmüdafiəçi Yakubu adını götürüb.
Futbolçu "Arsenal"da çıxışını köhnə adı ilə davam etdirəcək.
Xatırladaq ki, Parti 2020-ci ildə "Atletiko Madrid"dən "Arsenal"a keçib. Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib. O, 2016-cı ildən Qana millisində çıxış edir.
Emin