Niderlandın sabiq yarımmüdafiəçisi Ruud Qullit ölkə futbolunda qaradərili məşqçilərə yetərli qədər şans verilməməsindən şikayətlənib.
Fanat.Az xəbər verir ki, "Goal" məşhur futbolçudan belə sitat gətirib:
“Yaxşı ki, Edqar Davidsin milli komandaya təyinatı mövzusunu gündəmə gətirdiniz. Qaradərili oyunçuların hər dəfə yalnız köməkçi-məşqçi olmasına icazə verildiyinə şahid oluruq. Cəhənnəm olsun. Patrik Klüyvertə Niderland millisində nəyə icazə verildi? Məşqlərə o nəzarət edirdi? Bilmirəm. Bəlkə Henk Freyzer komandada söz sahibi olub? Bəlkə də, nə vaxtsa... Mənə dedilər ki, futbolçuların yanında ol, amma heç vaxt məşqlərə qarışmağıma icazə vermədilər. Söhbət hamı üçün bərabər imkanlardan gedir. Belə imkan veriləndə də dərhal deyirlər: “Keyfiyyətiniz olmalıdır”. Məncə, bu, çox pisdir".
Qeyd edək ki, digər surinam əsilli veteran - Edqar Davids Niderland millisində Lui van Qala köməkçi-məşqçi təyin olunub.
Mirağa