"Barselona"nın prezidenti Juan Laporta klubun mövcud maddi durumuna aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "CalcioNews24"-ə danışan 59 yaşlı funksioner 2021-ci ilin yazında prezident postuna yiyələnərkən "Barselona"nın "klinik ölüm" vəziyyətində olduğunu, onu həyata qaytardıqlarını söyləyib:
“Mən “Barselona”ya qayıdanda klub klinik cəhətdən ölü vəziyyətində idi. İndi isə Çempionlar Liqasındayıq. İyunun 16-da biz çox çətin iqtisadi vəziyyəti müzakirə etmək üçün yenidən görüşəcəyik.
Biz ilk işə başlayanda klub uzun müddət borclarını ödəyə bilmirdi. Dəhşətli vəziyyət idi. Amma biz “Barselona”nı diriltməyi bacardıq. Biz Çempionlar Liqasına vəsiqə qazanmaq üçün uzun yol qət etmişik”.
"Barselona" 2021/2022 İspaniya Liqasını çempionluq uğrunda mübarizədə "Real Madrid"ə uduzaraq ikinci yerdə tamamlayıb.
Mirağa