"Real"ın müdafiəçisi Antonio Rüdiqer Madrid klubuna keçidi ilə bağlı emosiyalarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" 29 yaşlı almaniyalının təəssüratlarını çatdırıb:
“Bu, karyeramdakı ən böyük addımdır? Düşünürəm ki, futbolda və həyatda müxtəlif fəsillər var və indi mənim üçün yenisi başlayır. Bəlkə də bu, bütün karyeramdakı ən böyük addımdır”.
Rüdiqer "kral klubu" ilə 4 illik müqavilə imzalayıb. Futbolçunun rəsmi təqdimat mərasimi iyunun 20-də baş tutacaq.
2017-2022-ci illərdə "Çelsi"də çıxış edən, londonluların heyətində 203 oyuna çıxıb 12 qol vuran müdafiəçi “zadəganlar”la birlikdə Çempionlar Liqasının qalibi, həmçinin Avropa Liqasının və UEFA Super Kubokunun sahibi olub. O, Almaniya millisinin tərkibində 50 görüş keçirib (2 qol).
Mirağa