Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
ESPN saytı: ""Fənərbağça" "Mançester Yunayted"in yarımmüdafiəçisi Andreas Pereyra ilə maraqlanır. Braziliyanın "Flamenqo" klubunda icarə əsasında oynayan 26 yaşlı futbolçu yeni baş məşqçi Erik ten Haqla danışdıqdan sonra gələcəyi ilə bağlı qərar verəcək".
"Goal" saytı: "Bayer Leverkuzen" yay transfer pəncərəsində Mussa Diabini satmaq fikrində deyil. Bunu klubun dman direktoru Simon Rolfes bildirib".
"Calciomercato" nəşri: "Filippo Ranokkia uğrunda bir neçə İtaliya klubu mübarizə aparır. "Yuventus" futbolçunu icarəyə verməyə hazırdır. Əsas iddiaçılar "Hellas Verona", "Bolonya" və "Empoli"dir".
"Marca" nəşri: "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasına yeni hücumçu seçib. "Kral klubu" tezliklə "Everton"un hücumçusu Rişarlisonu transfer etməlidir".
"Diario Sport" nəşri: "Real Madrid"in sabiq vingeri Qaret Beyl "Roma"nın hədəfindədir. "Canavarlar"ın çalışdırıcısı Joze Mourinyu 32 yaşlı futbolçunu əsas heyətin vingeri kimi görür".
"Bild" nəşri: "Yarımmüdafiəçi İlkay Gündoğan bu yay "Mançester Siti"ni tərk edəcək. 31 yaşlı futbolçu "Barselona" və "Yuventus"un maraq dairəsindədir. Gündoğan seçim edərkən illik əməmkhaqqı vacib rol oynayacaq".
Emin Şəmsiyev