UEFA yeni turnir təşkil edəcək.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, turnir Çempionlar Liqasından əvvəl başlayacaq və mövsümə giriş xarakteri daşıyacaq.
İspaniya nəşrinin iddiasına görə, yarışda Çempionlar Liqasının qalibi də daxil olmaqla, 4 klub iştirak edəcək və oyunlar ABŞ-da keçiriləcək:
"Avropa Superkuboku indiyə qədər Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında keçirilirdi. Amma o bundan sonra Avropa Liqasının və Konfrans Liqasının qalibləri arasında təşkil olunacaq. UEFA isə 2024-cü ilin yay turnirində, konkret, avqustda "Dördlər finalı" formatını sınaqdan keçirəcək. Bu, böyük klubların təşkil etdiyi turnirlərə cavab olacaq. İştirakçılardan biri ÇL-in qalibi, digərləri isə “uğurlu klublar” olacaq. Onlar iki yarımfinalda, sonra isə finalda yarışacaqdılar. Hələlik bu, rəsmi məlumat deyil, lakin qitə futbol qurumu klublara və uyğun yarış komitələrinə müraciət edərək belə bir ideya üzərində düşündüklərini bildiriblər".
Mirağa