"Real Madrid" yeni müqaviləyə hazırlaşır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, İspaniya nəhəngi hücumçusu Vinisius Juniorun anlaşmasının müddətini 2026 və ya 2027-ci ilə qədər uzadacaq.
Xəbərə görə, hazırda ildə 3,2 milyon avro qazanan braziliyalı futbolçunun əməkhaqqısı illik 10 milyon avro olacaq. "Real"ın bu barədə iyulda - komanda istirahətdən qayıdandan sonra rəsmi açıqlama yayacağı bildirilib. Paytaxt klubunun Vinisius üçün müəyyənləşdirdiyi təzminat məbləğinə gəlincə, yeni müqavilədə bu futbolçunu transfer etmək istəyən klubun "Real"a 1 milyard avro ödəməli olduğu da əksini tapacaq.
Nihat