La Liqa Fransanın PSJ klubundan UEFA-ya şikayət edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Şikayət maliyyə feyr-pley pozuntuları ilə bağlıdır.
Qurumdan verilən açıqlama belədir: "Parislilər mövcud maliyyə ədalətli oyun qaydalarını ardıcıl olaraq pozduqları üçün əlavə hüquqi tədbirlər görülməlidir".
Qeyd edək ki, bir müddət əvvəl La Liqanın rəhbəri Xavyer Tebas "Yuventus" və "Mançester Siti"dən UEFA-ya şikayət edib.
Mirağa