İngiltərə Premyer Liqasının son qalibi "Mançester Siti"nin sahibləri İtaliyada da klub almaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Sky Sport Italia” yayıb.
Mənbənin məlumatına görə, klubun səhmlərinə sahib olan "CITY FOOTBALL GROUP" "Palermo"nu almaq istəyir.
Siciliya klubu 2019-cu ildə müflis olub və bundan sonra D Seriyasına, yəni dördüncü liqaya düşüb. "Palermo" hazırda bərpa prosesi keçir və geri dönüş etməyə hazırlaşır. Komanda bu mövsüm B Seriyasına vəsiqə qazanıb. Klubun sahibi Dario Mirri Milanda “CİTY FOOTBALL GROUP”un nümayəndələri ilə iki saatlıq görüş keçirib.
“CİTY FOOTBALL GROUP”, səhmlərinin əksəriyyətinin "Abu Dabi United Group" tərəfindən idarə olunduğu, Amerika və Çinin zəngin investorlarının payı olan bir şirkətdir. Onların “Mançester Siti” ilə yanaşı, Melburn Siti, Nyu-York, Girona, Troyes və Yaponiyanın Yokohama şəhərlərində də payları var.
Mirağa