"Mançester Yunayted"dən ayrılmağı planlaşdıran ulduz futbolçu Pol Poqba klubu ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, "The Guardian" nəşri 29 yaşlı futbolçunun sözlərini belə çatdırıb:
“Məqsədim “Mançester Yunayted”i peşman etməkdir. Onların mənimlə yeni müqavilə barədə zaman uzatmaqlarının böyük bir səhv olduğunu sübut etmək istəyirəm. Bir futbolçuya ehtiyacınız olduğu halda ona heç nə təklif etmədiyinizi necə izah edə bilərsiniz? Mən heç vaxt belə şey görməmişəm”.
Qeyd edək ki, növbəti mövsümdən futbolçunun "Yuventus"da çıxış edəcəyi ilə bağlı iddialar var.
Emin