"Arsenal" "Portu"dan hücumameyilli yarımmüdafiəçi Fabio Vieyranı transfer etməyə yaxındır.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun keçidi üçün 40 milyon avro ödəməli olacaq. Yaxın günlərdə Vieyra Londona yollanaraq 5 illik müqavilə imzalamalıdır.
Portuqaliyalının alınmasına "Arsenal"ın baş məşqçisi Mikel Arteta şəxsən təşəbbüs göstərib. Vieyra 19 yaşlı braziliyalı Markinyosdan sonra "topçular"ın ikinci yay transferi ola bilər.
2020-ci ilin iyununda "Portu"nun əsas komandasında debütünü reallaşdıran yarımmüdafiəçi son mövsümdə Portuqaliya çempionatında 27 matçda 6 qol vurub və 14 məhsuldar ötürmə edib.
Mirağa