“Atletiko Madrid” Dortmund “Borussiya"sının yarımmüdafiəçisi Aksel Vitsellə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" nəşri məlumat yayıb.
Vitselin "Borussiya" ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq. Onunla "Atletiko Madrid"lə yanaşı, "Olimpik Marsel" də maraqlanır. Ancaq İspaniya mətbuatı bu rəqabətdə madridlilərin favorit olduğunu vurğulayır.
Aksel Vitsel bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 41 matça çıxaraq 2 qol vurub.
Mirağa