"Real Madrid" klubu ulduz futbolçusu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira şəxsi "Twitter" səhifəsində paylaşım edib.
Məlumatda qeyd olunur ki, müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 35 yaşlı fransalı hücumçunun hazırkı sözləşməsi 2023-cü ilin iyununa qədərdir.
Emin