Yarımmüdafiəçi Sergey Milinkovic-Saviç bu yay "Latsio"dan ayrılacaq.
Fanat.Az "Futbol London"a istinadən xəbər verir ki, serb futbolçu ilə "Çelsi", "Arsenal" və "Nyukasl" maraqlanır.
27 yaşlı vinger "romalılar" tərəfindən təxminən 60 milyon avro dəyərində qiymətləndirilir və indiyədək adı çəkilən klubların heç biri belə bir məbləğ təklif etməyə cürət etməyib.
Emin