"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex" (Polşa) yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Poznan təmsilçisi ölkənin 2-ci liqasında mübarizə aparan "Vidzev"lə qarşılaşıb.
Matç "Lex"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.