"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun avtomobili qəzaya düşüb.
Fanat.Az "La Vanguardia"na istinadən xəbər verir ki, hadisə dünən Malyorkada baş verib.
Bildirilir ki, Kriştianu Ronalduya məxsus "Bugatti Veyron" markalı avtomobil qaz balonlarının saxlanıldığı anbara çırpılıb. Ailəsi ilə Mayorkada tətildə olan hücumçu maşında olmayıb. Qəza zamanı xəsarət alan olmayıb. Polisin məlumatına görə, sürücü idarəetməni itirib.
Mirağa