Adı PSJ ilə yanaşı çəkilən "Real Madrid"in hücumçusu Vinisius Junior karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun söylədiklərini belə çatdırıb:
"Real"da özümü xoşbəxt sayıram. Dünyanın ən yaxşı klubunda oynamağa davam etmək istəyirəm".
Daha öncə Vinisiusun Madrid təmsilçisi ilə müddəti 2026-cı ilə qədər olan yeni müqavilə bağladığı, bu barədə ictimaiyyətə iyulda məlumat veriləcəyi barədə informasiyalar yayılıb.
"Tranfermarkt" portalı braziliyalı hücumçunun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir ki, bu, İspaniya La Liqasında rekord göstəricidir.
Nihat